9 Oktyabr 2016 00:22
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O səs Türkiyə"də növbəti azərbaycanlı səhnəyə çıxıb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, İlham Nəzərov adlı yarışmaçı "Ayrılıq" mahnısı ilə bütün münsifləri özünə döndürə bilib. İfasıyla hər kəsi heyran edən İlham Murad Boza meydan oxuyaraq onu səhnəyə dəvət edib. Daha sonra Sibel Can da onlara qoşularaq eyni mahnını səsləndirib.

İ.Nəzərov sonda Gökhan və Hakan Özoğuzları seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə S.Can, M.Boz, Hadise, Gökhan və Hakan qardaşları oturub.


Müəllif:

Oxşar xəbərlər