“Tamilla xanım mənim həyat yoldaşımdır, sevdiyim insandır, doğmamdır. Xoşbəxt, rahat yaşayırıq”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “Xəzər maqazin+” verilişinə açıqlamasında həyat yoldaşı Tamilla Hüseynəliyevanın ünvanına deyib.
Bir müddət əvvəl boşanan, indi yenidən barışan cütlük peşman olduğunu etiraf edib: “Bu günümüzə şükürlər olsun. Ayrılmağa peşman oldum ki, yenidən bir araya gəldik, münasibətlərimiz yaxşıdır. Peşman olmasaydım, bu gün barışmazdıq. Arada olanları unutduq. Biz reklam xatirinə ayrılmadıq. Doğma insanlar arasında küsülülük olur. Toma gözəl ana, gözəl həyat yoldaşıdır, ailəsinə layiqli xanımdır".