“Feysbukda hər gün yardım üçün müğənnilərə müraciət edirlər. Mənə gündə ən azından üç-dörd nəfər yazır. Başa düşə bilmirəm ki, müğənniyə niyə müraciət edirsiniz? Millət vəkillərinə, bu işlə məşğul olan qurumlara müraciət edin”.
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Nura Suri yazıb. O, yardım etdiyi ailələrin olduğunu deyib: “Miliyoner, məmur deyiləm. Üç uşaq anasıyam. Xahiş edirəm, bir daha müraciət etməyin.
Bir az əvvəl bir nəfər işçimə yazıb ki, "Nura xanımın adına ərizə yazmışıq”. Müğənni rüşvət almır, zəhmətiylə qazanır. Allah şahiddir ki, indiyə qədər nə qədər insana yardım etmişəm. Bunu danışmağı özümə ar bilirəm. Söhbət bundan getmir. Fikrimi çatdıra bildim yəqin ki…”
Rəqsanə