12 Oktyabr 2016 13:54
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənan İmirzalıoğlu ailə qurduqdan sonra arıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə mətbuatı Tarkan və Kıvanç Tatlıtuğun ailə qurandan sonrakı fiziki görünüşüylə Kənan İmirzalıoğlunu müqayisə edib və maraqlı nəticəyə gəlib. Mətbuat iddia edir ki, Tarkan və Kıvanç toydan sonra 8-9 kilo çəki alıb, amma may ayında evlənən Kənan İmirzalıoğlu arıqlayıb.

Buna səbəb kimi Kənanın həyat yoldaşı aktrisa Sinem Kobalın və yeni rolunun təsiri göstərilir.

Özü müntəzəm idmanla məşğul olan və pəhrizli yeməklərə üstünlük verən Sinem Kobal Kənanın artıq çəki almasına qarşıdır. Sinem Kənanı idmana yazdıraraq, evdə də pəhriz yeməkləri bişirir.

Kənan yeni mövsümdə “Yeşilçam”ın əfsanə filmlərindən sayılan “Cingöz Recai”nin yeni versiyasında baş rolu canlandıracaq. İmirzalıoğlu rolu üçün arıqlamaqla yanaşı bığ da saxlayır.

Kıvanç Tatlıtuğ Başak Dizerlə ailə qurandan sonra idmana ara verdi və yay aylarında qarınlı fotoların mətbuatda yayılmasıyla fanatlarını hüsrana uğratdı. Tatlıtuğ Tuba Büyüküstünlə baş rolu paylaşdığı “Cəsur və gözəl” serialı üçün özünü yenidən formaya salıb. Çarəni həkimə müraciət etməkdə görüb.

Tarkan da bu yola əl atıb, həkim nəzarətində pəhriz saxlayaraq, qısa müddətdə əvvəlki çəkisini bərpa edib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər