12 Oktyabr 2016 14:59
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanəliyeva “5/5” verilişinə həyat yoldaşı Cəmil və oğlu Elgünlə birlikdə qatılıb.

Teleqraf.com xəbər verir ki, sənətçi aparıcı Zaur Kamalın “Övladın doğuldu, həyatın dəyişdi?” sualına belə cavab verib.

“Bütün həyatımı oğlum dəyişib. Onun gələcəyini fikirləşib, hərəkət edirəm. Bütün mahnılarımı, geyimlərimi yoldaşım özü seçir. Həyat yoldaşım dövlət işində işləyir".

S.Sanəliyeva aparıcının ondan efirdə rəqs etmə istəyini rədd edib. İfaçı bildirib ki, həyat yoldaşı icazə vermir: "Həyatımdan ümumiyyətlə rəqsi çıxardım".

İfaçının həyat yoldaşı "Müğənni həyat yoldaşı olmaq bəziləri üçün çətin gələ bilər, mənə yox” deyə, bildirib.

Qeyd edək ki, S.Sanəliyevanın bir qız övladı da var.


Müəllif:

Oxşar xəbərlər