1 İyul 2014 13:17
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Teymur Qədirova qarşı xoşagəlməz hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, ifaçının oxuduğu “I love you” (“Mən səni sevirəm”) mahnısına çəkdirdi klipin YouTube-da yayımlanmasına Türkiyə və Rusiya tərəfindən müdaxilə olunub.

Müğənni deyib ki, buna səbəb klipin əcnəbi müğənnilərin ekran işləri ilə oxşarlıq təşkil etməsi olub:
“Klipi bir neçə dəfə fərqli adlarla Youtube-a yerləşdirdim. Amma ya Rusiya, ya da Türkiyə internet istifadəçiləri buna icazə vermədilər. Klipin ssenarisi dünyanın bir çox ölkələrinin müğənnilərinin kliplərində istifadə olunub. Nəhayət, digər bir adla klipi həmin kanala yerləşdirdim. Hələ ki, heç bir müdaxilə yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfərdə olan Mixail Saakaşvili paytaxt restoranlarının birində qonaq olarkən Teymur Qədirovun ifasını dinləmişdi və bəyənmişdi. Hətta onu Gürcüstana dəvət etmişdi.
“I love you” (“Mən səni sevirəm”) klipini oxuculara təqdim edirik.

Aysel Şirinzadə


Müəllif: