Məşhur rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı Elşad Xose ilə yenidən barışması haqqında yayılan şayiələrə münasibət bildirib.
Belə ki, sosial şəbəkədə hər iki məşhurun bir-birinin ad gününü təbrik etməsi ikilinin sevgili olmasını gündəmə gətirib.
Oksana Rəsulova Teleqraf.com-a açıqlamasında Elşad Xose ilə dost münasibətində olduğunu deyib: “Biz Elşadla küsməmişik, o, mənim üçün hər zaman doğma insandır. Amma biz onunla sevgili deyilik. O, məni ad günümdə təbrik etdi. Həyat yoldaşım olub. Allah sevgililəri ayırmasın. Amma ayıranda da bizim kimi ayırsın. Yəni düşmən olmasınlar. Bəzi şou-biznes nümayəndələri kimi bir-birini yıxıb sürüməsinlər. Hər insan bir-birinə hörmət etməlidir. Onunla yaşayanda yaxşı idi, ayrılanda pis insan olur? Sən keçmiş həyat yoldaşına pis dediyin zaman, deməli, sən də pis insansan ki, onunla yaşamısan. Bir daha mənə Elşadla sevgili olduğumuz barədə sual verməsinlər”.
Rəqsanə