13 Oktyabr 2016 13:06
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu tamaşaçılar daha çox məşhur "Dom 2" telelayihəsindın tanıyırlar. Kompleksdən uzaq, bəzən sərt, bəzən çılğın və bəzən də olduqca istiqanlı görünən bu xanım iştirakçı qısa zamanda izləyicilərin diqqətini özünə çəkə bilmişdi.

Dərhal da internetdə onun kimliyi müzakirəyə çıxarıldı. Kiyevdən gəldiyini, Ukraynada yaşadığını desə də, çılğınlığı, emosionallığı, hətta kişi iştirakçılarla əlbəyaxa çıxmaq cəsarəti və sözsüz ki, soyadı izləyicilərdə onun milli kimliyi ilə bağlı müəyyən ehtimallar yaratmışdı. Nəhayət özü hər şeyi açıqladı - "Atam azərbaycanlıdır".

Misssiya.Az-ın əməkdaşı "Dom 2" layihəsinin məşhur iştirakçısı, hazırda Ukraynada böyük bədən geyimlərinin nümayişi ilə məşğul olan model Rima Pənciyevadan müsahibə alıb. O müsahibədə Bakı və Azərbaycan bardə də maraqlı fikirlər səsləndirib.

- Əvvəlcə istərdik özünüz haqda bir qədər məlumat verəsiniz...

- Mən 1983-cü il oktyabrın 8-də Kiyevdə dünyaya gəlmişəm. Su Nəqliyyatı Akademiyasını qırmızı diplomla bitirmişəm. İxtisasım aşpazdır. Amma bu ixtisas üztə təhsil almağım xüsusi bir maraqdan irəli gəlmirdi. Heç vaxt artıq hesab olunmayacaq bir peşədir və sırf ailə həyatı üçün idi. Uzun müddət öz ixtisasım üzrə işləmişəm və bu sahədə böyük təcrübəm var. Lakin sonradan macaralara meyilləndim və beləcə gəlib çıxdım televiziyaya.

- Ailəniz haqqında məlumatları da bölüşə bilərsinizmi?

- Ailədə dörd nəfər olmuşuq.Atam Muxtar, anam Mariya, mən və bacım Rita. Orta statistik bir ailə. Atamla anam həmişə zəhmətkeş olublar. Deyə bilmərəm ki, zəngin yaşamışıq. Lakin valideynlərimiz çalışırdılar ki, biz heç nədən korluq çəkməyək. Onlar ən ağır situasiyalardan da çıxmağı bacarırdılar.

- Səhv etmiriksə, sizin atanız azərbaycanlıdır...

- Bəli, tamamilə doğrudur. Mənim atam azərbaycanlıdır və çox yaraşıqlı bir kişidir. O, gənclik illərində bura gəlib və həyatını da burada qurub.

- Siz əvvəllər TNT kanalında çalışırdız. İndi də əlaqələriniz qalırmı?

- Xeyir. Bilmirəm buna görə təəssüf hissi keçirim, ya xoşbəxlikdənmi deyim, hər halda telekanaldakı işimdən ayrılmışam. Ola bilərdi ki, hələ də orada olum. Lakin qarşıma çıxmış bir nəfər mənim bütün planlarımı alt-üst etdi...

- Sonra model kimi işlə başlamaq qərarına gəldiz. Sizdə bu sahəyə maraq haradandır?

- Hələ məktəb illərindən bu sahəyə çox böyük marağım var idi. Arzulayırdım ki, böyüyəndə model olum. Zənnimcə, bütün qızların yeniyetmə çağlarında belə bir arzusu yaranır. 11-ci sinifdə oxuyanda bizim məktəbə tanınmış bir moda agentliyinin nümayəndələri gəldi. Məqsədləri yeni simalar seçmək idi. Seçim prosesi çox uzun çəkdi və nəticədə məktəbumizdən yalnız iki nəfəri seçdilər. Onlardan da biri mən idim. Lakin təəssüf ki, anam mənə icazə vermədi ki, model məktəbinə keçim. Beləcə birinci şansımı qaçırdım. Yeri gəlmişkən, model standartlarına çatmaq üçün mən boyumu uzatmalı idim. Buna görə də basketbol məşqlərinə gedəsi oldum. Bir müddətdən sonra istədiyim nəticə əldə olundu.

- Hazırda harada çalışırsız?

- Hazırda böyük bir ticarət nişanını təmsil edirəm. Şirkətin sifətiyəm və bir qədər dolu bədənli qızların təmsilçisiyəm.

- Bəs gələcəkdə çəkinizi yenidən salmaq istəmirsiniz? Məsələn M, L kimi ölçülərə qədər düşmək keçirmi ağlınızdan?

- Mən çox tez-tez müxtəlif ticarət nişanlarını təqdim edirəm. Təqdim etdiyim ölçülər tədricən dövrün tələbatına çevrilir. Yəni indi dolu bədənli xanımların zamanıdır. Gələcəkdə çəkimi salacam, ya yox, bunu Allah bilər. Hələliksə belə bir planım yoxdur. Hazırkı görkəmimdə özümü çox rahat hiss edirəm. Özümü çox sevirəm (Gülür). Canım suludur, şuxam, cazibəliyəm və bu mənim çox xoşuma gəlir. Özü də təkcə mənim yox...

- Xarici şirkətlərdən də təkliflər alırsınızmı? Ola bilərmi ki, gələcəkdə Avropa ölklərinin birində çalışasınız?

- Təkliflər olmuşdu. Lakin söhbət Avropa ölklərindən deyil, Amerikadan gedirdi. Mən ora getməyə ürək eləmədim. Çox uzaqdır. Lakin artıq başqa cür düşünürəm. Qəti qərara almışam ki, real və perspektivli təkliflər olarsa, hətta dünyanın qurtardığı yer haradısa, ora da gedərəm.

- Siz kompleksiz xanımsız. Görünür elə buna görədir ki, alt paltarlarının nümayişindən də çəkinmirsiz...

- Bəli, mənim hər hansı kompleksim yoxdur. Hərçənd onu da bilirəm ki, burada ideal heç nə yoxdur. Mən sadəcə dolu bədənli xanımlarda əminlik yaratdım ki, uğur qazanmaq üçün bədən ölçüləri vacib deyil. Belə bir qızıl qayda var: Sön özünə necə münasibət bəsləyirsənsə, başqaları da sənə o cür münasibət göstərəcək. Kompleksləri qadınlar özləri yaradırlar. Hər kəsin öz gözəlliyi var. Sadəcə bu gözəlliyi təqdim etməyi bacarmaq lazımdır.

Alt paltarlarına gəldikdə isə, mən bu çəkilişləri çox sevirəm. Ümumiyyətlə, erotik çəkilişlərdən həzz alıram. Bu, mənim stilimdir. Arzum budur ki, gələcəkdə “Pleyboy”, “Maxim”, “XXL” və sairə kimi jurnallara çəkilim.

- Bəs nə vaxtsa kamera qarşısına tamamilə çılpaq çıxa bilərsiniz?

- Heç vaxt çıxmaram. Tamamilə çılpaq çəkilmək mənlik deyil. Uzağı bədənin intim yerlərinin görünməməsi şərtilə çəkilərəm. Amma tamamilə çılpaq, yox, bu mənim stilim deyil. Düzdür, mən çox açıq adamam. Lakin hesab edirəm ki, bədənin müəyyən hissələrinin örtülməsi daha gözəl və daha seksualdır. Belədə kişilər üçün maraqlı olan tapmaca yaranır...

- Dünyaca məşhur modellər arasında pərəstişkarınız varmı?

- Simpatiya bəslədiyim insanlar var. Mən ümumiyytlə gözəl insanları sevirəm. Gözəl qadınlara heyranlıqla baxıram.

- Maraqlıdır, Ukraynada modellərin qazancı nə qədərdir?

- Gizlətməyəcəm, çox az qazanırıq. Təəssüf ki, Ukraynada model biznesi hələlik o qədər də inkişaf etməyib. Xüsusən də +ölçülər istiqamətində ciddi bir irəliləyiş görünmür. Ukraynada gözəl qadınlar çoxdur. Həm dolu, həm də zərif qızlarımız var ki, onların gözəlliyini aça, üzə çıxara biləcək bir kimsə yoxdur... Ona görə də xüsusi adamlarla qərara gəlmişik ki, dolu bədənli xanımlar üçün modalar agentliyi yaradaq. Hazırda bu məsələ üzərində çox ciddi işləyirik. Ölkəmizdəki vəziyyətlə bağlı bu palanı əvvəllər reallaşdıra bilmirdik. Lakin indi tam əminik ki, məqsədimizə çata biləcəyik. Bax, onda biz Ukraynada “canı sulu bombalar” partladacağıq.

- Heç Bakıda olmusuz?

- Çox təəssüf ki, Bakıda olmamışam. Lakin uşaqlıqdan bunu çox arzulayıram. Axı söhbət atamın vətənindən gedir və deməli, orada olmaq mənim həm də borcumdur.

- Azərbaycan haqda nə bilirsiniz?

- Azərbaycanın tarixi barədə çox şeylər danışa bilərəm. Lakin burada sizin də bildiklərinizi təkrarən danışmaq istəmirəm. Azərbaycan xəyalımdakı ölkədir və uzun illərdir ki, bu ölkəyə getməyi arzulayıram. Əminəm ki, çox yaxınlarda mən bu arzuma çatacam. Bilrisiniz, mən Azərbaycanda baş verən dəyişiklikləri də izləyirəm. İndi mən tam əminliklə Bakını Dubayla müqayisə edə bilərəm. Müşahidələrimə görə, Azərbaycan çox düzgün istiqamətdədir və olduqca sürətlə inkişaf edir. Bunu Ukrayndan da görmək mümkündür.

- Siz məşhur “Dom 2” telelayihəsində də iştirak etmisiniz və biz bildiyimizə görə, Azərbaycandan da xeyli pərəstişkar toplaya bilmişdiz...

- Bəli, mənim Azərbaycanda çox sayda pərəstişkarım var idi. Onlar mənim arxamda dayanmışdılar. Mənə səs verir, internetdə müdafiəmə qalxırdılar. Hətta bəziləri mənə kömək etdilər ki, atamın Azərbaycandakı qohumlarını tapım. Biz uzun müddət onları axtarmışıq. Bir sözlə, indi bu müsahibəni görüb, məni xatırlayanlar olacaq.


Müəllif:

Oxşar xəbərlər