14 Oktyabr 2016 11:16
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova “V element” verilişində maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova Brilliant Dadaşova ilə münasibətindən danışıb. O, Brillant Dadaşovanının onunla dostluq münasibətini inkar etməsinə münasibət bildirib: “Onunla rəfiqə olmuşuq, amma bunu inkar edir. Yəqin bu insan nəyəsə qıcıqlanır ki, belə edir. Hamı bilir ki, biz dost olmuşuq. Sənətdə addımlarımız bir olub”.

Aygün Kazımova həmkarının bir müddət əvvəl onun haqqında səsləndirdiyi iddialara da cavab verib: “Guya öz konsertimdə zalı doldura bilmədiyimə görə, mətbuat nümayəndələri ilə Brilliant Dadaşovanın konsertinə getmişəm. Orada şəkil çəkdirmişən ki, baxın, mənim nə qədər tamaşaçım var. Hansı müğənni özünə bu şeyləri sığışdıra bilər. Həmin gün konsertim yox idi. Türkiyədən qonaqlarım var idi. Onları götürüb Brilliantın konsertinə getdim. Konsertə gəldim və oraya bir çox müğənnilər dəvət edilmişdi, amma mən dəvət edilməmişdim. Konsertə bilet aldım və ora getdim. Media üzərimə töküldü, bizi çəkmək istədilər. Bundan Brilliant Dadaşova qıcıqlandı və ondan sonra özündən belə fantaziya yaratdı.

Xalq artisti sənət nümayəndələri ilə qalmaqalından da danışıb: “Biz İlhamə Quliyeva ilə də qalmaqal yaşayırdıq, amma bunun efirə çıxmasının qarşısını almağa çalışırdım”.

A.Kazımova Zülfiyyə Xanbabayeva ilə dostluğunun pozulmasından da danışıb: “Heç bir anlaşılmazlıq olmayıb. Bəzi incikliklər yaşanmışdı. Adam uman yerdən küsər. Ondan dost kimi addım gözlədim, amma başqa şey gəldi. Sənətdə artistlik edirəm, həyatda yox”.

Qızına keçmiş həyat yoldaşının adını qoyan xalq artisti bunun səbəbini açıqlayıb: “Xəstəxanada həkim qızımı gətirəndə, sanki atasını gördüm. Ona çox oxşayırdı. Həmin an qızımın adını İlqarə qoymağı düşündüm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər