Futbolçu Alpaslan Öztürklə ailə quran model Ebru Şancı ana olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən Bodrumda özəl xəstəxanalardan birində əkiz qızlarını dünyaya gətirən Ebru onlara Mila və Ceylin adını verib.
Uşaqların atası A.Öztürk şad xəbəri İnstaqramda "Allahım bizə 2 dünya gözəli övlad nəsib etdi. Allahım istəyən hər kəsə nəsin etsin inşallah" qeydi ilə paylaşım edib.