Müğənni Hadisənin məhkəmədə tanınmış marka sahibinə uduzmasının səbəbi açıqlanıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hadisə məhkəmə qərarına əsasən reklam şirkətinə 250 min avro ödəyəcək. Buna səbəb ifaçının bacıları Derya Açıkgöz və Hülya Açıkgözün sosial şəbəkədə paylaşdıqları foto olub. Marka sahibi tərəfindən 500 min avroluq reklam müqaviləsinin “Bir il heç bir reklam və ticarət marakasında yer ala bilməz” bəndinin pozulduğu bildirilib.
Belə ki, popçunun bacısı Derya Açıkgözün rəqib markaların əlbisələrini bacısına geyindirib, fotoqraflarını sosial şəbəkədə paylaşdığı deyilib.
Hadisə işə açıqlamasında “Bacımın geyindirdiyi əlbisələr hədiyyə edilib və satın alınıb” deməsi də təzminat davasının qarşısını ala bilməyib.
Rəqsanə