Tuba Büyüküstün “Cəsur və Gözəl” serialının çəkilişlərində çətin anlar yaşayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa telefon danışığından sonra ağlamağa başlayıb. İddialara görə, Tuba telefonda ayrılmağa qərar verdiyi əri Onur Saylakla danışıb və göz yaşlarını tuta bilməyib.
Tərəf müqabili Kıvanç Tatlıtuğ və yoldaşı Başak Dizer Tubanı sakitləşdirməyə çalışıblar.
2011-ci ildə aktyor Onur Saylakla ailə quran Tuba Büyüküstünün son zamanlar sosial mediada paylaşdığı fotolarda alyansının barmağında olmaması diqqət çəkib.
Pərvin