Bu gün tanınmış otellərin birində "VII The First" mükafatlandırılma mərasimi olub.
Teleqraf.com xəbər verir ki, sənət adamları və ictimai insanlar mükafata layiq görülüblər.
İlin yazıçısı mükafatına layiq görülən Çingiz Abdullayev mükafata görə təşəkkür edib: "Bu gün müstəqilliyimizin 25 ili tamam olur. Qarabağ hadisələri baş verəndə cavan idim. 28 ildir ki, müharibə gedir, hələ qurtarmayıb. Fikiləşirəm ki, bunu nəvələrimə arzu etməməliyəm. Gec-tez bizim nəslimiz bunu həll etməlidir. Arzumuz odur ki, bizim vaxtımızda torpaqlarımızı alaq, Qarabağda bayrağımızı dalğalandıraq, himnimizi səsləndirək".
Millət vəkili Qənirə Paşayeva mükafata layiq fəaliyyət göstərəcəyini deyib: "Mükafatı almaq asandır. Amma bu mükafat üzərimizə daha böyük məsuliyyət qoyur. Mükafata layiq işlər görməyə çalışacam. Bu mükafatı şəhid sinif yoldaşlarım, dostlarım, yaxınlarım və bütün şəhidlərim adına alıram".
Tədbirdə xalq artisti Məleykə Əsədova "İlin aktrisası", Elza Seyidcahan "İlin müğənnisi", modelyer Gülnarə Xəlilova "İlin modelyeri", Emin Bədəlovun isə sahibi olduğu şirkət "İlin turizm şirkəti" mükafatına layiq görülüb.
Rəqsanə