Aktyor Fərda Xudaverdiyev təxribatla üzləşib.
Teleqraf.com xəbər verir ki, aktyor 20 oktyabrda kinoteatrlarda nümayiş olunacaq "Selfinaz" adlı "Stand up” şousunun nümayişinə mane olanlara səslənib: “Üzərində iki il yarımdır ki, çalışdığımız "Selfinaz" adlı "Stand up" konsertinə kölgə salmaq istəyənlərə, məncə, ən layiqli cavab sevənlərimin 20 oktyabrda bütün seanslarda anşlaq etməsi olar. Hər zaman yaradıcılığıma dəstək verən, məni sevənlər üçün çalışmışam. Bu ömür boyu belə davam edəcək. 20 oktyabrda ölkəmizin bütün kinoteatrlarına gəlin və bizi sevməyənlərin layiqli cavabını verək”.
Rəqsanə