Azərbaycan Futbol Federasiyasi Assosiasiyası (AFFA) 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan–Norveç oyununun bilet satışından 42 min 584 manat gəlir əldə edib.
Bu barədə Teleqraf.com-a AFFA-dan məlumat verilib.
Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Azərbaycan millisi Norveç yığmasını 1:0 hesabı ilə məğlub etmişdi.