19 Oktyabr 2016 13:58
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Tuba Büyüküstün əri Onur Saylakla boşanacağına dair yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ərindən ayrılması və buna görə “Cəsur və gözəl” serialının çəkilişi zamanı halının pisləşməsiylə bağlı xəbərləri təkzib edib: “Xahiş edirəm, hər söylənənlərə inanmayın. Mən çox yaxşıyam, çəkilişdəyəm. Hər şey çox gözəl gedir. Sadəcə, hava soyuqdur, üşüyürük”.

Yayılan xəbərlərin “Cəsur və gözəl” serialının reklam kampaniyasına kölgə salmaması üçün Start TV çəkilişlərin kameraarxası görüntülərini yayımlayıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər