21 Oktyabr 2016 13:09
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-ü, saat 14:00-da Qərb Universitetində dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konfrans keçiriləcək.

Konfransda Qərb Universitetinin professor-müəllim heyəti ilə yanaşı, “Oxuyur Müslüm Maqomayev” filminin baş rəssamı Rafiz İsmayılov, jurnalist Firəngiz Xancanbəyova, Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov, Sankt-Peterburqdan, Moskvadan qonaqlar da iştirak edəcək.

Həmçinin, konfransda dahi sənətkara həsr olunmuş “Dizayn” fakültəsinin tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi də təqdim ediləcək.

Sevinc


Müəllif: