Xalq artisti Nazpəri Dostəliyeva “Evdəkilərə salam” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl küsülü olan bacılar bir araya gəliblər. Zeynəb Dostəliyeva xalq artisti ilə münasibətlərinin yaxşı olduğunu deyib: “Biz hər gün birlikdə bağdayıq. Nazpəri xanım vaxt tapan kimi deyir, bacı, gəl bağa getdik. Mənim sözüm olanda hərdən çaşıb efirdən deyirəm. Çox adam elə bilir ki, bizim münasibətimiz yaxşı deyil. Amma bizim bir dəqiqəmiz bir-birimizdən ayrı keçmir”.
Nazpəri Dostəliyeva da bacısı ilə münasibətindən danışaraq mehriban olduqlarını vurğulayıb: “Mən balaca tikə belə tapan zaman bölməsəm, yeyə bilmərəm”.
Nazpəri Dostəliyeva ilə Zeynəb Dostəliyeva uzun müddət küsülü olublar. Efirdə bir-birlərinin əleyhinə ittihamlar səsləndiriblər.
Rəqsanə