“Qayda pozmamışam və Şəhər Dövlət Yol Polis İdarəsinə çağırılmamışam”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Səlim Abbasov deyib. O, ötən gün paylaşdığı videoda qayda pozmasına münasibət bildirib: “Həyətin qabağında uşağı avtomobilin qabaq oturacağında otuzdurub, maşın sürürdüm. Yolda deyiləm, qayda pozuntusunu yol polisinin kamerası çəkməyib. Deyirlər guya məni cərimələyiblər. Məni küçədə, yolda Yol Patrul Xidməti saxlaya bilər. Onu da deyim ki, heç zaman kəmərsiz maşın idarə etməmişəm”.
Qeyd edək ki, Səlim Abbasov özünün lentə aldığı kadrları sosial şəbəkədə paylaşıb. O, videoda 2 yaşlı uşağını avtomobilin ön oturacağında əyləşdirərək maşını idarə edib.
Xəzər xəbərdə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Vaqif Əsədov Səlim Abbasovun qayda pozduğunu və idarəyə çağırılacağını deyib.
Rəqsanə