25 Oktyabr 2016 12:08
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallı ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı “10-dan sonra” verilişində Kamil Zeynallının onu qısqandığını etiraf edib: “Qısqanclıq sevgidən irəli gəlir. Sevməsə qısqanmaz və hər şeyə fikir verməz. Biz ailə quranda bilirdi ki, sənətçiyəm. Tədbirdə oxuyub, tez evimə gəlirəm”.

Gülay qızını ərköyün böyütmədiyini də deyib: “Heç bir valideyn övladının yanında pis olmasın. Atası və anası da tanınmış olmasına baxmayaraq, qızımın ərköyün olmasını istəmirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər