Pop-kral Maykl Cekson haqqında yeni iddialar ortaya atılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Maykl Ceksonla bağlı uşaq təcavüzü iddialarına yenisi əlavə olunub. Hazırda 40 yaşı olan Jane Doe adlı qadın ifaçı tərəfindən təcavüzə məruz qaldığını iddia edib. 12 yaşında məşhur müğənninin təcavüzünə məruz qaldığını deyən qadın susması üçün ailəsinə 900 min dollar ödəndiyini deyib.
Jane Doe Maykl Ceksonun ona yazdığı məktubları dəlil olaraq məhkəməyə təqdim edib.
Qeydlərin sonunda ifaçının imzası var. Əl yazısında Maykl Ceksonun qızı çox sevdiyi qeyd edilir: “Səni çox sevirəm və danışdıqca daha çox sevməyə başlayıram. Sənin üçün dəli oluram. Sevgilərimlə Monopoly Kralı…”
Digər məktubda isə “Sənin üçün çox darıxıram. Sevgilərimlə Michael” yazılıb.
Son qeydində isə “Məni görməyə gəl. Anan və atan yaxşı insanlardır. Səni çox sevirəm. M.J”. deyə qeyd edib.
Jane Doe ifaçı tərəfindən 1986-ci ildə təcavüzə məruz qaldığını deyib. O, anasıyla birlikdə müğənninin Hayvenhurstdəki malikanəsinə turist olaraq getdiyi vaxtdan münasibətlərinin yarandığını deyib.
Jane Doe Ceksonun ona təcavüz etdiyini bildirən ilk qadındır.
Bu günə qədər Cekson tərəfindən istismara uğradığını iddia edənlərin hamısı kişi idi.
Maykl Cekson haqqında 20 nəfərin cinsi istismar iddiası var. Bu iddiaların 200 milyon dollar dəyərində olduğu deyilir.
Aylin