26 Oktyabr 2016 18:24
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bumeranq şou"nun aparıcısı Aytən Səfərova Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən haqqında səsləndirilən iddialara cavab vermək istəməyib.

Aytən Səfərova Teleqraf.com-a açıqlamasında “Bu mövzu ilə bağlı danışmaq istəmirəm” deyə cavab verib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov mətbuata açıqlamasında Aytən Səfərova haqqında MTRŞ-a şikayət olunduğunu deyib: “Dinləyicilər şikayət edirlər ki, aparıcı qoç bürcündən bəhs edərkən bu bürcdən olanlara otlamağı məsləhət görüb. Belə kobud ifadələrin işlədilməsi yolverilməzdir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər