Türkiyənin məşhur aktrisaları Zerrin Tekindor və Serenay Sarıkaya "İkimizin yerinə" filminin Nizami Kino Mərkəzində keçirilən Qala gecəsinə qatılıb.
Teleqraf.com xəbər verir ki, Serenay Sarıkaya Bakıya ilk dəfə gəldiyini deyib: "Bura ilk dəfədir ki, gəlirəm. Şəhəriniz möhtəşəmdir. Burada çox vaxt keçirə bilmədik, amma gözəl bir yemək yedik".
Filmdə baş rolu oynayan Sarıkaya ekran əsərinin çox gözəl, səmimi hislərdən bəhs etdiyini deyib:"İnanıram ki, filmi siz də sevəcəksiniz"
Nərmin