Aparıcı Zaur Kamal “5/5” verilişinə qonaq olan müğənni Samir Piriyevi pərt edib.
Axşam.az-ın məlumatına görə, aparıcı sənətçinin ona həmkarlarının sirrini açdığını deyib: “Samir elə oturur ki, guya sakit adamdır. Gecə saat birdə zəng edib ki, filan müğənni obyekt tikib, filankəs kran alıb. Sonra da özünü sakit aparır. Bilirsiniz bunda nələr var? Məni oda salır, sonra kənara çəkilir. Gecə saat birdə yığıb narahat edirsən. Mənə nə onlardan? Samir, efirdə həyatdakı kimi deyilsən, rola girirsən. Aç üzünü efirdə də göstər. Mən həyatda necəyəmsə, səhnədə də eləyəm".
“Bir dəfə demişəm. Bunu cəmiyyət içində demə, öz aramızda danışmışam. Efirdən bizi nə qədər adam izləyir” deyə, S.Piriyev söhbətin üstündən keçməyə çalışıb.