27 Oktyabr 2016 13:50
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənniləri ölkəmizin qonağı olacaqlar.

Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Konsert proqramında yerli ulduzlardan Röya Ayxan, Miri Yusiflə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri şəhərin kassalarından və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar.

Rəqsanə


Müəllif: