Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərin şəxsi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, Mətanət İsgəndərli “Hər şey daxil” verilişində qızına oğlan bəyəndirə bilmədiklərini etiraf edib: “Qızım çox gözəldir. Ona görə də oğlan bəyəndirə bilmirik. Bu dövrdə ərə getmək çox çətindir. Fikirləşirsən ki, beş günlük ailə qurmamalısan... Ülkər də düşünür ki, ömürlük ailə qurmalıdır. Hazırda boşanmaların sayı çoxdur”.
Rəqsanə