"Victoria's Secret"in dekabrın 5-də Parisdə baş tutacaq dəfiləsi ilə bağlı ilk detallar açıqlanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, builki moda gecəsində ən bahalı geyimi Jasmin Tusk geyinəcək.
Ənənəvi "Fantasy Bra" alt geyimi bu dəfə "Parlaq gecə" adlanır. Bustqalterin dizaynını isə Eddi Borqo hazırlayıb. Qiyməti isə 3 milyon dollardır.