Maşınının əlindən alınması ilə bağlı yayılan xəbərlər Aşıq Əlini özündən çıxarıb.
O, Teleqraf.com-a açıqlamasında yol polisi ilə aralarında problem yaranmadığını və avtomobilinin əlindən alınmadığını deyib: “Avtomobilim heç yerə aparılmayıb. Hazırda sükan arxasındayam. Çox xahiş edirəm, saytlar bu haqda yazmasınlar. Sənətimlə bağlı yazsınlar”.
Qeyd edək ki, Zaur Kamalın verilişində Aşıq Əli ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov arasında mübahisə düşüb. Vaqif Əsədov studiyaya zəng edərək Aşıq Əlinin maşınının cərimə meydançasında olduğunu deyib.
Rəqsanə