28 Oktyabr 2016 10:10
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecəyarısı halı pisləşən və təcili yardım maşını ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdirilən Səyyad Əlizadə hələ də reanimasiyadadır.

Publika.az müğənni ilə əlaqə saxlayıb. Vəziyyətinin yaxşılaşdığını deyən Səyyad Əlizadə sabah evə buraxılacağını deyib: “Dünən soyuqlamışdım, qulunclarım ağrıdı, sonra da qarın boşluğumda ağrılarım oldu. Həkim çağırdıq, xəstəxanaya apardılar. İndi yaxşıyam. Həkimləri sağ olsun, indi özümü yaxşı hiss edirəm. Mənə görə narahat olan insanlara təşəkkür edirəm”.

Müğənni ürək-damar sistemində heç bir problem olmadığını deyib.

***

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Teleqraf.com-un məlumatəna görə, bu barədə Azadinform-a müğənninin yaxınları xəbər verirb. Onların sözlərinə görə, müğınninin halı saat 23:00 radələrində qəfildən pisləşib. Onu evində müayinə edən təcili yardım həkimləri C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdiriblər. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.

“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.


Müəllif:

Oxşar xəbərlər