28 Oktyabr 2016 13:04
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günay İbrahimova dodağını silikon etdirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Günay haqqında yayılan şayiələrə son qoyub: “Siz elə bilirsiniz şərhləri oxumuram, ancaq belə deyil. Gün ərzində qarşıma “Dodağına silikon qoydurub” tipli şərhlər çıxıb. Siz məni kifayət qədər tanıyırsınız, səmimi olduğumu da bilirsiniz. Dodağımda silikon yoxdu. Etiraf edirəm, təkcə burnumu əməliyyat etdirmişəm. Üzümlə bağlı heç bir plastik əməliyyat üçün müraciət etməmişəm. Bunun üçün sübut istəyirsiz? Sevənlərim üçün mənim kəlmələrim sübutdur, ancaq inanmayanlara da sübut edə bilərik. Siz mənim sözümə inanın, şayiələrə yox. Ən gözəl həqiqət şəxsin özünün ağzından eşidilən ifadələrdir”.

Rəqsanə


Müəllif: