“Qarabağ”ın zədəli futbolçuları sıraya dönmək üzrədir.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Əfran İsmayılov artıq komanda ilə birgə məşq edir. O, Topaz Premyer Liqanın 10-cu turunda sabah AZAL-la keçiriləcək oyunda iştirak edə bilər.
Rəşad Sadıqov, Miçel Madera və Reynaldo Silva isə fizioterapevt nəzarəti altında məşq edir.