30 Oktyabr 2016 13:37
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan ilə müğənni Miri Yusif küsülü olmaları barədə yayılan xəbərlərə aydınlıq gətiriblər.

Musavat.com xəbər verir ki, “Xəzər maqazin” verilişinə açıqlama verən müğənnilər yayılan xəbərlərin əsassız olduğunu bildiriblər.

Röya deyib ki, yaxşı sənətçilər küsmür: “Yaxşı sənətçilər heç vaxt dava etmir. Dava edirlərsə, deməli, biri pis, o biri yaxşıdır. Kişi müğənnilərdən öz üzərində yaxşı işləyən Miri Yusifdir. O, həm rep deyir, həm də söz yazır”.

Eyni zamanda Miri Yusif də xanım həmkarının fikirlərini təsdiqləyib: “Röyaya qatılıram. Tamaşaçılar şayiələrə inanmasın. Biz ailəvi dostuq. Röya həyat yoldaşım Nərgizi də çox sevir”.


Müəllif:

Oxşar xəbərlər