31 Oktyabr 2016 12:36
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan 7 yaşı tamam olan oğlu Hüseynin ad günündən bəhs edib.

Teleqraf.com-un məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bir gündə 3 qonaqlıq etdiyini deyib: "Çəkilişdən axşam 11-də çıxdım, səhər saat 6-da evə çatdım. Dayəsinə demişdim ki, onu mənim otağımda yatızdır. Onu saçından ayağının altına kimi öpdüm. Gözünü açıb soruşdu ki, "Saat neçədə doğulmişam? Deyirəm 9-un yarısında".

Bir müddət əvvəl sevgilisindən ayrılması xəbəri yayılan Röya barışıq addımı atıb: "Çox ehtiraslı, hissiyatlı, hər şeyi bir anda yaşayan qadınam. Onu çox sevirəm. Niyə uzadırsan bu məsələni? Gəl barışaq, bitsin. Etdiyim səhvləri etdim, gördüyüm yaxşı işləri də gördüm. Ayrılandan sonra qıraqdan baxdım".


Müəllif: