“Portuqaliyanın paytaxtı Lissabon şəhərində hər il “Loreal biznes forum” keçirilir. Bu il Azərbaycan bayrağını orada qaldırmaq mənim öhdəmə düşdü”.
Bu sözləri Axşam.az-a açıqlamasında stilist Anar Ağakişiyev deyib. Stilist 8 min insanın yer aldığı böyük stadionda Azərbaycan bayrağını qaldırdığını bildirib: “Qala gecədə hər bir dövlətin nümayəndəsi öz bayrağı ilə səhnəyə çıxırdı, ekranda isə ölkəmizin adı yazılmışdı. Bizim komanda çox gözəl çıxış etdi. 8 min nəfərin yer aldığı stadionda Azərbaycan bayrağını daşımaq qürurverici idi. Möhtəşəm gecənin ardından Fransaya getdim. Orada müqaviləm var idi, şirkətlə görüşməliydim. Gözəl təəssüratlarla Bakıya qayıtmışam”.
A.Ağakişiyev artıq xaricdə də məşhurlaşdığını söyləyib: “7-8 ay bundan əvvəl açıqlama vermişdim ki, məni bütün dünya tanıyacaq. Xaricdə olanda bir çox dövlətlərin insanları mənə yaxınlaşır, İnstaqramdan (anar_agakishiev) tanıdıqlarını, işlərimi bəyəndiklərini deyirdilər. Dediyim sözü təsdiqlədim. Mənimlə bağlı dünyanın bir çox saytları məqalələr yayımladı. Digər stilistlərimiz nə qədər “mənəm-mənəm” desələr də, on il onlardan öndəyəm. Ayaqqabılarını çıxarıb, arxamca qaçsalar da, çatmayacaqlar. Səfər zamanı bir çox yeniliklər də öyrəndim”.
Qeyd edək ki, bu günlərdə Rusiyanın “adme.ru” saytı yenidən Anar Ağakişiyevlə bağlı yazı hazırlayıb. Məlumatda stilistin əl işləri nümayiş olunub, onun makiyajla qadınları necə dəyişdiyi vurğulanıb.