Xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadə müğənni Soso Paviaşvilinin Bakıda konsert verməsinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, Şahin Zəkizadə sosial şəbəkədə Soso Paviaşvilinin ölkəmizdə konsert verməsini yaxşı qarşılamayıb: “Xalqımızı təhqir edən, tarixini danan, ziyalılarımı ələ salan, bacı-qardaşlarımızın qanı tökülüb, başı kəsilən torpaqda “Qarabağ Ermənistanındır və bunu bütün dünya bilməlidir” deyə bağıran, konsert verən adamın mənim torpağıma ayaq basmağa ixtiyarı yoxdur. Rədd ol, Soso Paviaşvili, sənin xeyriyyə konsertinə qalmamışıq!”
Rəqsanə