“Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli deyib.
“5/5” verilişinə qonaq olan müğənni bildirib ki, kürəkəninə heç vaxt bahalı hədiyyələr verməz: "Elə kürəkən ailənin qədrini bilməz. Mənim təcrübəm var, beləsini görmüşəm. O kürəkən heç kimə dəyər verməz".
M.İsgəndərli avtomobil idarə edə bilmədiyini söyləyib: “Maşın sürə bilmirəm, sürücü ilə gəzirəm. Həyatda ən böyük arzum maşın sürməkdir”.
Qeyd edək ki, M.İsgəndərlinin bir oğlan, bir qız övladı var.