2 Noyabr 2016 12:29
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş “Nida”çı Elsevər Mürsəlli həbs edilib.

Bu barədə “Qafqazinfo”ya M.Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

O bildirib ki, Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarsa da, bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilib və E.Mürsəlli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. E.Mürsəlli Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.


Müəllif:

Oxşar xəbərlər