Topmodel Miranda Kerr Kanadada kamera qarşısına keçib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, həyat yoldaşından ayrıldıqdan sonra yaşadıqlarını ilk dəfə açıqlayıb: “Boşandıqdan sonra depressiyaya düşdüm. Tam olaraq nə baş verdiyini başa düşmədim, çünki mən həqiqətən də şən insanam”.
Miranda Kerr 2013-ci ildə aktyor Orlando Blumdan ayrılıb. Onunla evliliyindən 5 yaşlı oğlu var. Hazırda model “Snapchat”ın rəhbəri Evan Spiegellə nişanlıdır.
Rəqsanə