4 Noyabr 2016 14:51
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Syuzan Sarandonun qızı Yeva Amurri ikinci dəfə ana olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Yeva doğuş prosesini foto-kadra köçürtdürərək, daha sonra şəxsi saytında yayımlayıb.

Şəkillərdə sancı prosesi və uşağın doğulma anı əks olunub. Şəkillərdən də görünür ki, doğuş xəstəxanada deyil, evdə olub.

Uşağın doğuş anında Yevanın yanında əri Kayl Martino da olub.

Xatırladaq ki, Yeva Amurri ilə Kayl Martino 2011-ci il oktyabrın 29-da evləniblər.

2014-cü ilin avqustunda cütlüyün ilk övladları – qızları Marlou dünyaya gəlib. Bu günlərdə isə onların oğlu Meycor doğulub.


Müəllif: