5 Noyabr 2016 16:48
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Sibel Canın keçmiş həyat yoldaşı Hakan Ural üsyan edib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakan Ural Sibel Canla nikahdan olan oğlu Əngincanın geyim tərzinə görə tənqid olunduğunu deyib:

“Əngincan geyim tərzinə görə çox tənqid olunur. Ona görə Türkiyəyə gəlmir. Hazırda Londondadır. Bir dəfə tüklü başmaq geyinmişdi, soruşdum ki, oğlum, niyə belə geyinmisən?
Sözlərimə əhəmiyyət vermədi. Sonra bu geyimin ona yaraşdığını gördüm. Düşündüm ki, gənc yaşında geyinsin və zövq alsın”.

Hakan Ural Sibel Canın heyvansevərləri narahat edən 50 min TL (təxminən 25 min manat) kürkü haqqında da danışıb: “Sibel Cana dedim ki, etirazlara fikir verməsin. Dünyada hər gün yüzlərlə insan qəzada, müharibələrdə ölür. Qoy gedib onlara cavab versinlər”.

Əngincan bir müddət əvvəl Türkiyə mətbuatında stilinə görə tənqidlərə məruz qalıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər