“Toylar kralı”, müğənni Manaf Ağayev yaradıcılığındakı yenilikdən danışıb.
Teleqraf.com xəbər verir ki, ifaçı həmkarı Sevil İsgəndərli ilə “Unut məni” adlı mahnını duet oxuyub: “Son dövrlər mətbuatda barəmdə əsassız məlumatlar dərc olundu. Məşhur sima olduğuma görə barəmdə çıxan hər məlumat marağa, müzakirələrə səbəb olur. İllərdir yalnız ifa etdiyim mahnılarla insanların rəğbətini qazanmışam. Ona görə də məni tənqid edənlərin cavabını yalnız mahnılarımla verirəm. Bu gün də yeni mahnımı dinləyicilərin ixtiyarına verirəm. Həmkarım Sevil İsgəndərli ilə birgə ifa etdiyim bu mahnının dinləyicilər tərəfindən seviləcəyinə inanıram”.
“Unut məni “ adlı bəstəni Müşfiq Ağayev aranjeman edib.
Rəqsanə