8 Noyabr 2016 15:39
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” Minsk Beynəlxalq Film Festivalında iki mükafata layiq görülüb.

Teleqraf.com xəbər verir ki, xəbəri Ramiz Fətəliyev sosial şəbəkədə yayıb: “Bu dəqiqədə “Dərs” filmi Minsk Beynəlxalq Film Festivalında iki mükafat aldı. Bir mükafat “Tamaşaçıların simpatiyasını qazanan film” kateqoriyasına əsasən verilib. Bu,çox prestijli kateqoriyadır. İkinci mükafat baş rollardan birini canlandıran Tamerlan Ağayevə verilib. Qeyd edim ki, mənim filmə heç bir aidiyyatım yoxdur, indiki durumda mən sadəcə şərhçiyəm”.

“Dərs” noyabrın 4-də start verilən festivalda “Listapadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdirilib. Həmin müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər