8 Noyabr 2016 18:10
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Afət Telmanqızının doğum günüdür.

Publika.az-a açıqlama verən ANS-in keçmiş aparıcısı təəssüratlarını belə ifadə edib: “Əslində ad günü keçirməyi heç xoşlamıram. Bunu yaxınlarım da bilir. Amma buna baxmayaraq, ad günüm təmtəraqdan uzaq, sakit keçmir. Doğmalarım, rəfiqələrim başıma yığışır. Ad günümdə mənə hədiyyədən çox diqqət göstərilməsini istəyirəm. Bu dəfə də məni tək qoymadılar. Hədiyyələrim çox oldu. Özəl hədiyyəm isə səhər qızımın məni qucaqlayıb, təbrik etməsi və verdiyimiz pulla, yəni öz puluyla mənə aldığı gül oldu. Ad gününü sözlə təbrik etmək qabiliyyəti nümayiş etdirmək mənə görə ən qiymətli hədiyyədən də qiymətlidir”.

A.Telmanqızı yaşın onun üçün əhəmiyyət daşımadığını deyib: “Yaşın, rəqəmlərin mənim üçün əhəmiyyəti yoxdur. Özümü hər zaman eyni yaşda hiss edirəm”.


Müəllif:

Oxşar xəbərlər