Müğənni Sevda Sanəliyeva həyat yoldaşı və oğlu ilə yeni fotolarını izləyiciləriylə bölüşüb.
Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl əri Cəmilin keçmiş qayınanasının “Cəmillə qızımı Sevda boşatdırdı, "yuvayıxan". Qızımla 10 il ailəli olub” sözlərinə ifaçı paylaşımları ilə cavab verib. S.Sanəliyevanın həmin açıqlamadan sonra ailəsi ilə daha çox şəkil paylaşması diqqət çəkib.
Müğənni fotolara “İt hürər, karvan keçər. Nə edirsən et, sevgi ilə et. Bu həyatda heç nəyi məcbur əldə etmək olmaz. Hər şeyi həll edən təmiz sevgidir. Qismət Allah işidir, bizim yox. Arxamca danışanlarla üz-üzə gəlsəm, yaman pullanacam. Araşdırmışam, təhqirin cəriməsi çoxdur. Artıq işə başlamışam” sözlərini yazıb.
Qeyd edək ki, Cəmil S.Sanəliyevanın ikinci həyat yoldaşıdır. Onun ilk evliliyi 2 ay davam edib. Sənətçinin bir qız, bir oğlan övladı var.