Rus əsilli dünya gözəli Oksana Fedorova ABŞ prezidenti Donald Tramp haqqında maraqlı açıqlamalar verib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Oksana Fedorova deyib ki, Donald Trampın seçki kampaniyası zamanı ondan Trampa böhtan atmasını istəyiblər: “Seçki kampaniyası zamanı beynəlxalq mətbuat orqanları bir neçə dəfə mənimlə əlaqə saxladı. Donald Trampın nüfuzuna zərər verəcək böhtanlar atmağımı xahiş etdilər.
Bu, məni narahat edirdi. Onunla işlədiyim vaxtlarda məndə müsbət təəssürat yaradıb. Onu açıq fikirli və gözəl bir ailəsi olan kişi kimi tanıdım. 1996-2015 illərdə Dünya gözəllik yarışmasının təşkilatçısı Donal Tramp idi. Onunla səyahətlərdə olmuşam. Trampın köməkçisi də rus idi”.
Rəqsanə