3 İyul 2014 11:31
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Birce Akalay və aktyor Sarp Levendoğlu cütlüyünün nikah tarixi bəlli olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük nikah gününü dəqiqləşdirmək üçün getdikləri Beşiktaş Evləndirmə Dairəsindən çıxarkən görüntüləniblər. Paparazziləri görüncə Akalay “Siz haradan çıxdınız?”, Levendoğlu isə toy gününün tarixini soruşan jurnalistlərə “Sizə nə? Sizi nə maraqlandırır?” sözləriylə sərt münasibət göstərib.

Xatırladaq ki, Birce Akalay “Yer Göy Aşk” serialında tanış olduğu Murat Ünalmış ilə 2011-ci ildə nikah masasına oturub və 2012-ci ildə ondan rəsmi şəkildə ayrılıb. Sarp Levendoğlu isə aktrisa Begüm Birgörənlə beş illik münasibətinə ötən il son verib.

Avqust ayında nikah masasına oturacaq Birce Akalay Sarp Levendoğlu cütlüyünün münasibətləri “Küçük ağa” serialının çəkilişlərində başlayıb. Sevgili olduqlarını sosial media vasitəsilə bəyan edən sevgililər nişan üzüklərini taxıblar.

Pərvin


Müəllif: