12 Noyabr 2016 12:15
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aybəniz Haşımova “O səs Türkiyə”nin seçim mərhələsindən keçən daha bir tələbəsi Müşfiq Əliyevi təbrik edib.

Teleqraf.com xəbər verir ki, ”Bülbüllər” qrupunun üzvü olan, hazırda Türkiyənin Elazığ şəhərində yaşayan Müşfiq Əliyev “O səs Türkiyə” yarışmasına qatılıb və Müslüm Gursesin repertuarından bir mahnı səsləndirib. Müşfiqin ifasını çox bəyənən Murad Boz onu komandasına qəbul edib.

Sevincinin həddi-hüdudunu olmayan müğənni Aybəniz Haşımova sosial media vasitəsilə tələbəsini təbrik edib:

“Dəyərli tələbəm Müşfiq Əliyev, çox gözəl ifana görə səni təbrik edirəm. Gələcəkdə də bundan böyük nailiyyətlər arzu edirəm. İnanıram ki, çox sevimli Murad Bozun ən layiqli ifaçılarından və “O səs Türkiyə” yarışmasının ən sevimli müğənnilərindən olacaqsan. Uğurlar.

Çox şükür ki, artıq iki tələbəm də arzularına çatdılar. Allah hamını öz arzusuna çatdırsın. Bir-birinizdən muğayat olun, oğullarım”.

Pərvin


Müəllif: