15 Noyabr 2016 12:44
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Zuhal Toplalla evlənmə” proqramına qatılan azərbaycanlı gəlin namizədi Naz Türkiyəni tərk edib.

Teleqraf.com xəbər verir ki, Nazın evlənmə ərəfəsində ayrıldığı sevgilisi Baha, Naz üçün Azərbaycana gələcəyini açıqlayıb: “Onun mənə nə qədər dəyər verdiyini bilirəm. Amma təəssüf ki, hərdən yanlış hərəkətlər edə və insanların qəlbini qıra bilirik. Naz Türkiyəni tərk edərək Azərbaycan getdi. Getməməsi üçün nə qədər yalvarsam da, razı sala bilmədim. Hava limanına birlikdə getdik. Sabaha qədər gəlməsən, Bakıya gələcəm”.

Naz isə telefonla canlı yayıma bağlanaraq Bahanın ünvanına sərt sözlər deyib: “Mən Uğurla görüşsəm də, ona ümid vermədim. Baha isə mənə evlilik təklif etdikdən iki gün sonra Ancelina ilə münasibət yaşamağa başladı. Mənə haqsızlıq etdiyinə görə Bakıya gəldim. Oraya gəlməyə niyyətim yoxdur. Baha mənə dedi ki, evlənəcəyim qadını tapdım. Evlənəcəyin qızı tapdın, evlən!”.

Naz və Baha sevgilidirlər. Dəfələrlə mübahisə edib və yenidən bir araya gəliblər.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər