15 Noyabr 2016 22:39
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk kinosunun əfsanəvi aktrisalarından olan Banu Alkan ABŞ prezidenti Donald Trampla tanışlığından danışıb.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Banu Alkan 20 il əvvəl Donald Trampla Mayamidə qarşılaşdığını deyib: “Bir dəvət üçün Mayamiyə getmişdim. Qaldığım otelin həyətindəki çəmənliyin üzərində çadırlar qurulduğunu gördüm. Buna çox hirslənirdim və səbəbini soruşdum. Mənə Nyu-Yorkan bir iş adamı gələcəyini və hazırlıqların onun üçün edildiyini dedilər”.

Aktrisa Donald Trampa meydançayla bağlı şikayətini bildirdiyini də etiraf edib: “Oteldə Trampa yaxınlaşdım və meydançayla bağlı şikayətimi çatdırdım. Məni təpədən dırnağa süzən Tramp “kiçik xanım, orada yenidən yaşıllıq salmaq mümkündür" deyərək, yoluna davam etdi. Sonradan məlum oldu ki, mən süni ot örtüyünə görə şikayət etmişəm. Çünki o zamanlar biz süni ot örtüyünün nə olduğunu bilmirdik”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər