16 Noyabr 2016 12:17
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyəcan hiss etmirəm, arada qorxu gəlir. Bir həftə bundan qabaq ağlaya-ağlaya pilləkənləri qalxıram, deyirəm ki, bəlkə, konsertə tez hazırlaşdım, bir aydan sonra edim? Sonra deyirəm ki, Allah böyükdür. Mən nə qədər çətin işlərin altından çıxdım”.

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "ARB Ulduz”un efirində yayımlanan “Şou məkan” verilişinə açıqlamasında deyib.

Müğənni oğlu Hüseyndən söz açıb: "Əvvəl sevgi deyəndə ağlıma min şey gəlirdi. İndi ancaq oğlum gəlir. Başa düşürəm ki, ən böyük sevgilim odur. O da böyüyəcək, atacaq məni. Onunla gəzməyi xoşlayıram. Düzdür, o, dərslə bağlı çox ağır bir sistemdədir. Deyir, elə bil, məni işə qoymusan, səhər səkkizdə gedirəm, axşam altıda çıxıram. İstəmirəm onun ağlında başqa fikirlər olsun. Şənbə və bazar günləri atası ilə gəzir. İstədiyi yeməkləri yeyir. Ancaq istəyirəm ki, digər vaxtlarda onun üçün dərs və məşqləri öndə olsun. O, səkkizdə dərsə gedir, mən yatıram. O, axşam altıda-yeddidə gəlir, doqquza kimi onunla birlikdə oluram".

Röya müğənni Sevda Yəhyayevanın "Son sözüm" mahnısını ifa etməsindən danışıb: "Özüm də demişdim ki, bu mahnının haqqı verilməyib, ancaq verilməlidir. Çünki, mahnı onun səsi üçün yazılmamışdı. Mən ona hər zaman deyirəm, sən bizim Anjelika Varumumuzsan. Sən “incə” mahnılar oxu, belə “ağır” mahnılara girmə".


Müəllif:

Oxşar xəbərlər